Mərkəzi Bankın valyuta ehtiyatları artıb


17:51     02 Sentyabr 2019 merkezi%20bank%20femida.png

Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi açıqlanıb.


Femida.az Mərkəzi Banka istinadən xəbər verir ki, AMB-nin valyuta ehtiyatları sentyabrın 1-nə 6 milyard 004,3 milyon ABŞ dolları olub. Bu göstərici ilin əvvəli ilə müqayisədə 378,6 milyon dollar çoxdur.

2018-ci ilin sonuna AMB-nin valyuta ehtiyatları 5 milyard 625,7 milyon təşkil edib.

Femida.az

Açar sözlər:

Oxunub: 303