Sulutəpədə vurulan piyada öldü


18:52     02 Sentyabr 2019 2019/09/ggg-(1)_1567432680.jpg

Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az xəbər verir ki, qəza sentyabrın 1-də saat 23 radələrində qeydə alınıb.

Zərdab rayon sakini E.Xancanov idarə etdiyi “VAZ-2121” markalı avtomobillə yolu keçən qəsəbə sakini Elşən Alıyevi vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 434