SOCAR işçilərin maaşını 20 faiz artırdı


18:00     02 Sentyabr 2019 socar_logo_new_2009147.jpg

Prezident İlham Əliyevin əhlinin maddi rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi siyasi kursa uyğun olaraq, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) prezidentinin əmri ilə şirkət üzrə bütün əməkdaşların əmək haqqı 20% artırılıb.


Bu barədə Femida.az-a SOCAR-dan məlumat verilib.

Bildirilib ki, hazırda SOCAR Azərbaycanın ən böyük işəgötürənidir və 50 mindən çox Azərbaycan vətəndaşını dayanıqlı iş yerləri ilə təmin edib.

Qeyd edək ki, tarif vəzifə maaşın artırılması dənizdə və digər ağır iş şəraitində çalışan əməkdaşların real gəlirlərinə daha çox təsir göstərəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 568