İran hökuməti "Nahid" peykinin platformasında partlayışın baş verməsini təsdiqləyib


19:36     02 Sentyabr 2019 19_09_02_1567437038.jpg

İran hökuməti "Nahid" peykinin platformasında partlayışın baş verməsini təsdiqləyib.

Bu barədə İranın hökumət sözçüsü Əli Təbii deyib.

Ə.Rəbii bildirib ki, partlayış peyk özü platformaya nəql olunmamışdan qabaq baş verib: "Bu hadisədə nə ölüm, nə də xəsarət alan olmayıb".

Onun sözlərinə görə, partlayış texniki səbəblərdən baş verib.

Xatırladaq ki, bir neçə gün əvvəl İranda kosmik mərkəzin buraxılış meydançasında partlayış olub. Peyk görüntülərinə görə, partlayış Semnan əyalətində yerləşən kosmodromun buraxılış meydançasında baş verib. Bildirilib ki, İran “Nahid” peykinin fəzaya buraxılışı üçün hazırlıqlar görüb.

ABŞ prezidenti Donald Tramp da partlayışın fotosunu öz "Twitter" səhifəsində paylaşıb.

Açar sözlər:

Oxunub: 346