Mingəçevirdə yol qəzası - Ana və azyaşlı övladı xəsarət alıb


21:07     02 Sentyabr 2019 qeza_yeni.jpg

Mingəçevirdə yol qəzası olub.

Femida.az-ın məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib. Belə ki, “Hyundai” və VAZ markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində VAZ-da olan 2013-cü il təvəllüdlü şəhər sakini Mehdizadə Bəhlul Bəhruz oğlu və onun adı dəqiqləşdirilməmiş anası xəsarət alıb. Azyaşlı yaralı xəstəxanaya yerləşdirilib, anaya işə xəsarəti yüngül olduğundan yerindəcə tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 352