Sahil Babayev vətəndaşları qəbul edəcək
11:11 03 Sentyabr 2019
Sentyabrın 20-də Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Quba rayonunda vətəndaşları fərdi qaydada qəbul edəcək.
Femida.az-ın məlumatına görə, həmin gün Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavinləri Anar Kərimov Xaçmaz rayonunda və Mətin Kərimli Qusar rayonunda vətəndaşlarla görüşəcəklər.
Vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərə (əmək hüquqlarının müdafiəsi, sosial təminat növlərinə hüququn müəyyən edilməsi, tibbi-sosial ekspertiza və reabilitasiya, aktiv məşğulluq tədbirlərinə cəlb edilmə və s.) dair müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaşlar adını, soyadını, atasının adını, müraciətinin məzmununu, yaşadığı ünvanı və telefon nömrəsini göstərməklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi şəkildə ([email protected] elektron ünvana və ya poçt vasitəsilə) müraciət edərək və ya 142-Çağrı mərkəzi ilə əlaqə saxlayaraq sentyabrın 17-dək qəbula yazıla bilərlər.
Femida.az
Oxunub: 632
Oxşar xəbərlər
- Sahil Babayev: “Məşğulluq” altsistemində hazırda 14 min aktiv vakansiya var”
- Sahil Babayev: "Kiminsə ödənişinə qənaət etmək niyyətimiz yoxdur"
- Sahil Babayevdən pensiyaların artırılması ilə bağlı açıqlama
- Sahil Babayev kollegiya iclası keçirib
- Sahil Babayev işəgötürənlərə xəbərdarlıq etdi
- Sahil Babayev Macarıstanda azərbaycanlı tələbələrlə görüşüb
- Sahil Babayev monitorinq qrupu yaradır
- Sahil Babayev büdcə haqda məlumat verdi
- Sahil Babayev özünə müşavir təyin etdi
- Sahil Babayev litvalı səfirlə görüşüb