İstanbulda polis əməliyyat keçirir


11:17     03 Sentyabr 2019 2018/04/POlis_turk_1524638121.jpg

İstanbul polisi narkotacirlərə qarşı əməliyyat keçirir.

Femida.az-ın məlumatına görə, əməliyyata 70-dən çox polis cəlb olunub.

Məlumata görə, əməliyyat daha öncədən müəyyən edilmiş 40 ünvan üzrə keçirilir.

Əməliyyat çərçivəsində 5 kiloqramdan çox narkotik maddə müsadirə edildiyi bildirilir.

Qeyd edək daha öncə, Türkiyənin daxili işlər naziri Süleyman Soylu narkomaniya ilə mübarizənin ölkə qarşısında duran prioritet məsələ olduğunu bildirib.

Femida.az

Açar sözlər: #İstanbul   #Polis  

Oxunub: 466