Patruşev Azərbaycana səfər edəcək


11:40     03 Sentyabr 2019 2019/09/1020564411_1567496703.jpg

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Azərbaycana səfər edəcək.

Femida.az-ın TASS-a istinadən verdiyi məlumata görə, səfər sentyabrın 4-də baş tutacaq.

Səfər zamanı Patruşev Bakıda Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubov və iki ölkənin bir sıra nazirlik və qurumlarının nümayəndələri ilə təhlükəsizliyə dair Rusiya-Azərbaycan məsləhətləşmələri aparacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 748