Məktəblərdə ilk dərs bu mövzulara həsr olunacaq - Nazir əmr verdi


14:17     03 Sentyabr 2019 2018/04/ceyhun-bayramov_1524489746.jpg

Yeni tədris ilində ibtidai siniflərdə ilk dərs məşğələsi “İdman və sağlamlıq” mövzusuna həsr ediləcək.

Təhsil Nazirliyindən Femida.az-a verilən məlumata görə, V-IX siniflərdə “Mütailə - mənəvi zənginliyə aparan yol”, X-XI siniflərdə isə “Azərbaycan inkişaf yollarında” mövzularına həsr olunacaq.

Təhsil nazirinin müvafiq əmrinə əsasən, yerli təhsili idarəetmə orqanlarına və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinə həmin dərslərdə ictimaiyyət nümayəndələri, müharibə iştirakçıları, əmək veteranları və sabiq məzunların iştirakının təmin edilməsi tapşırılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 597