Şəfəq Ağacanın həbs müddəti uzadılıb


14:26     03 Sentyabr 2019 2019/09/VcJTXzeLZRcmKb4br23AkJXNCayzRNKTZoDOZpbM_1567506492.jpeg

Narkotik vasitələrin satışında təqsirləndirilən “Bakupress” saytının rəhbəri Şəfəq Ağacanın barəsində həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi vəsatətə baxılıb.



Femida.az-ın məlumatına görə, Xətai Rayon Məhkəməsində vəsatətə baxılıb. Məhkəmə vəsatəti təmin edib və jurnalistin həbs müddəti 2 ay uzadılıb.

Xatırladaq ki, bu ilin may ayında paytaxtın Nərimanov rayonu ərazisində yerləşən 5 saylı şəhər Klinik Xəstəxanasının qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirilib. Əməliyyat zamanı bir qadın 62 bükümdə ümumi çəkisi 311 qramdan artıq olan qurudulmuş marixuananı 100 ABŞ dolları və 1830 manata satarkən saxlanılıb.

Araşdırmalar zamanı saxlanılan qadının “Bakupress” saytının rəhbəri Şəfəq Ağacan (Şəfəq Ağacan qızı Ağabalayeva) olması müəyyən edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 617