Astarada palıd ağacları niyə kəsilir? - Nazirlikdən açıqlama


15:42     03 Sentyabr 2019 19_09_03_1567509536.jpg

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Astara rayonunda palıd ağacları kütləvi şəkildə kəsilməsi barədə xəbərə münasibət bildirib.



ETSN-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən sahədə, Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin Əsxəməkaran meşəbəyliyi 8 saylı dolayında nazirliyin Meşələrin İnkişafı Departamentinin müvafiq əmri ilə sanitar qırıntı sahəsi ayrılıb:

"Ərazidə qurumuş palıd ağaclarının kəsilməsi işi aparılır. Sözügedən ərazidə yaş köküstə ağac kəsilməsi faktı aşkar edilməyib".

Qeyd edək ki, bu gün Oxu.Az-ın redaksiyasına sözügedən ərazidə palıdların kütləvi kəsilməsi ilə bağlı xəbər və müvafiq video daxil olub.

Açar sözlər:

Oxunub: 391