Rusiyada hücum təyyarəsi qəzaya uğrayıb, pilotların aqibəti bəlli deyil


17:11     03 Sentyabr 2019 19_09_03_1567513974.jpg

Rusiyada hərbi təyyarə qəzaya uğrayıb.

Femida.az -ın TASS-a istinadən verdiyi məlumata görə, hadisə Şimali Qafqazda qeydə alınıb.

Su-25UB tipli hücum təyyarəsinin qəzaya uğradığı bildirilir.

Təyyarənin hər iki pilotu katapult edib. Onların taleyi hələlik məlum deyil.

Rusiya Müdafiə Nazirliyi də qəza barədə məlumat yayıb. Məlumatda bildirilir ki, sentyabrın 3-də Stavropol diyarında planlaşdırılmış təlim-məşq uçuşu zamanı Su-25UB tipli təyyarə qəzaya uğrayıb. Hazırda xilasedicilər iki pilotun axtarışını davam etdirir. Uçuş döyüş komplekti olmadan icra edilib. Təyyarə insan olmayan əraziyə düşüb, yerdə dağıntı baş verməyib.

Açar sözlər:

Oxunub: 451