Gürcüstan müxalifəti baş nazir vəzifəsinə namizədin dəyişdirilməsini tələb edir


17:37     03 Sentyabr 2019 2019/09/0115dd67-7992-46ca-a2ac-c2a800b534ef_1567514306.jpg

Gürcüstan müxalifəti daxili işlər naziri Giorgi Qaxarianın baş nazir vəzifəsinə namizədliyinin irəli sürülməsinə etiraz edir.

Femida.az xəbər verir ki, “Güc birlikdədir” müxalif birliyi parlamentin binası qarşısında G.Qaxarianın namizədliyinin əleyhinə bu gün saat 19:00-a təyin olunan aksiyaya qoşulacaq.

Vahid Milli Hərəkat Partiyasının (VMHP) sədri Qriqol Vaşadze bildirib ki, G.Qaxarianın baş nazir postuna namizədliyinin irəli sürülməsi təhqirdir: “Müxalifət və vətəndaş cəmiyyəti hər şey etməlidir ki, Giorgi Qaxaria baş nazir vəzifəsinə təsdiq olunmasın. Hakimiyyətdən qəti olarq tələb edirik ki, hökumət başçısı postuna namizədini dəyişdirsin və qarşıdurmanı daha da kəskinləşdirməsin”.

Q.Vaşadze qeyd edib ki, birləşmiş müxalifətin bütün üzvləri və tərəfdarları parlamentin qarşısındakı aksiyaya qoşularaq öz etirazlarını bildirəcəklər.

Açar sözlər:

Oxunub: 354