Kürdəmirdə iki yeniyetməni it dişləyib


19:20     03 Sentyabr 2019 2019/09/A434AEC1-B75D-4073-94CB-16A025B042E6_1567524128.jpeg

Kürdəmir rayonunda iki yeniyetməni it dişləyib.

Femida.az Report- a istinadən xəbər verir ki, hadisə Bala Kəngərli və Şahsevən kəndlərində qeydə alınıb.

Belə ki, həmin kəndlərin sakinləri - 2004-cü il təvəllüdlü Aytən İsmayıl qızı Nəbiyeva və 2008-ci il təvəllüdlü Səbuhi Saleh oğlu Novruzovu it dişləyib.

Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və onlara quduzluq əleyhinə peyvənd vurulub.

Femida.az

Açar sözlər:

Oxunub: 494