Rusiyada həbs olunan azərbaycanlı ekstradisiya olunacaq


20:44     03 Sentyabr 2019 hebs_58.jpg

Rusiyanın Surqut şəhərində axtarışda olan azərbaycanlı saxlanılıb.

Femida.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, həbs edilən Zamanov X.T. bir ilə yaxın axtarışda olub. O, oğurluq, dələduzluq, maddi ziyan vurma və rüşvətə təhriketməkdə ittiham olunur.

Azərbaycan Baş Prokurorluğu həbs olunan azərbaycanlının ekstradisiya edilməsi üçün Rusiya Baş Prokurorluğuna müraciət edib. Müraciətə müsbət cavab verilib.

O, yaxın günlərdə Azərbaycana ekstradisiya ediləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 592