Azərbaycanlı taksi sürücüsünü öldürüb maşınını qaçırdılar - Rusiyada
22:06 03 Sentyabr 2019
Sentyabrın 3-nə keçən gecə Rusiyanın Nefteyuqansk şəhərində Çeuskinski kanalı yaxınlığında üzərində çoxsaylı kəsilmiş-deşilmiş yaraları olan kişi meyiti tapılıb.
“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, qətlə yetirilən şəxs 26 yaşlı Nefteyuqansk şəhər sakini – Azərbaycan vətəndaşı Məhəmməd Quliyevdir. Taksi sürücüsü olan Məhəmmədin meyiti tapılmazdan bir gün əvvəl qohumları onun itkin düşdüyü barədə polisə müraciət edib. Onların sözlərinə görə, Quliyev sifariş əsasında işə çıxıb. Ölən şəxsin avtomobili şəhərin UM-4 rayonunda tapılıb.
Baş vermiş hadisə ilə bağlı Rusiya Cinayət Məcəlləsinin 105-ci – “qətl” maddəsi üzrə cinayət işi açılıb. İsti izlərlə cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 28 yaşlı Nefteyuqansk şəhər sakini ələ keçirilib. Məhəmmədin avtomobilini ələ keçirməkdə şübhəli bilinən daha bir şəhər sakini də saxlanılıb. Cinayətin tamah məqsədilə törədildiyi ehtimal edilr. İstintaq davam etdirilir.
Oxunub: 365
Oxşar xəbərlər
- Ulu öndər Heydər Əliyev tarixdə və azərbaycanlıların qəlbində əbədi olaraq qalacaq
- Ukrayna ordusunun daha bir azərbaycanlı hərbçisi həlak olub
- Yadplanetlilərin iki dəfə qaçırdığı azərbaycanlı - SƏBƏB NƏDİR? (VİDEO)
- Gürcüstanda qətl törədən azərbaycanlı gənc saxlanılıb
- Ukraynada raket zərbələri nəticəsində azərbaycanlı ailə həlak olub
- Almaniyada qətl törədən azərbaycanlı axtarışa verilib, prosesə helikopterlər cəlb olunub
- Gürcüstanda azərbaycanlı gəncin meyiti tapılıb, yaxınları öldürüldüyünü iddia edir
- Rusiyada azərbaycanlı adının "qəribəliyinə" görə saxlanılıb
- Azərbaycanlı aktyor belə öldürüldü - DƏHŞƏTLİ VİDEO YAYILDI
- Azərbaycanlı aktyor qətlə yetirildi - FOTO