Bakının mərkəzində baş verən yanğında 3 nəfərə yardım göstərilib


09:28     04 Sentyabr 2019 yangin_38673636.jpg

Fövqəladə Hallar Nazirliyi də Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində üçmərtəbəli binada baş vermiş yanğınla bağlı rəsmi məlumat yayıb.

FHN-dən verilən məlumata görə, Bakı şəhərinin Səbail rayonu, Nizami küçəsində üçmərtəbəli yaşayış binasının ikinci mərtəbəsinin dəhlizinin atma taxtaları 10 m² sahədə və ümumi sahəsi 140 m² olan üç mənzilin yanar konstruksiyaları 55 m² sahədə yanıb.

Yanğın zamanı Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən tüstülənmiş mənzillərdən 18 nəfər bina sakini təxliyə olunub.

Açar sözlər:

Oxunub: 286