Sabirabadda yük maşını qatarla toqquşub, qatarların hərəkəti müvəqqəti dayandırılıb


09:29     04 Sentyabr 2019 19_09_04_1567575091.jpg

Sabirabad rayonunun Minbaşı kəndində qatarın iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.


Femida.az -ın APA-ya istinadən məlumatına görə, hadisə Şirvan-İmişli dəmir yolu xəttinin Şirvan-Salyan avtomagistral xətti ilə kəsişdiyi hissədə qeydə alınıb.

Məlumata görə, qoşqulu yük maşını qatarın yoluna çıxıb və yaxınlaşmaqda olan qatarla toqquşub.

Hadisə zamanı xəsarət alanların olmadığı bildirilir.

Təfərrüatlar araşdırılır.

Sabirabadda qatarla toqquşan yük maşını İran İslam Respublikasının vətəndaşı, beynəlxalq yükdaşıma həyata keçirən Seyidrəşid Seyidintizara məxsusdur.Onun idarə etdiyi TIR markalı yük avtomobilinin qatarla toqquşması nəticəsində mşında olan 30-40 tona yaxın püstənin bir hissəsi yola dağılıb.

Qatarların hərəkəti müvəqqəti dayandırılıb.

Açar sözlər:

Oxunub: 548