Zərdab və Ağdaş sakinlərindən odlu silah götürülüb


11:51     04 Sentyabr 2019 19_09_04_1567582832.jpg

Zərdab və Ağdaş sakinlərindən odlu silah götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Zərdab RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Alıcanlı kənd sakini A.Şükürovdan müvafiq sənədləri olmayan “TOZ” markalı ov tüfəngi götürülüb.

Bundan başqa, Ağdaş RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Pirkəkə kənd sakini M.İsmayılovdan müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi götürülüb.

Hər iki fakt üzrə araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 371