Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmənin nəticələri açıqlanıb


12:03     04 Sentyabr 2019 tehsil_nazirliyi_044.jpg

Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmənin nəticələri məlum olub.



Təhsil Nazirliyindən Femida.az-a verilən məlumata görə, əlavə yerləşdirmə zamanı uğur qazanmış namizədlər sentyabr ayının 10-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər.

Femida.az

Açar sözlər:

Oxunub: 342