Patruşev Bakıda Ramil Usubovla danışıqlar apardı


13:26     04 Sentyabr 2019 19_09_04_1567588555.jpg

Azərbaycanda səfərdə olan Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev azərbaycanlı həmkarı Ramil Usubov ilə görüşüb.
Femida.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb. Tərəflər məsləhətləşmələrdə iki ölkə arasında hərbi-texniki əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd ediblər.

"Bakıda Rusiya-Azərbaycan təhlükəsizlik müşavirələri keçirilib. Müşavirəni Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi Ramil Usubov keçirib",- deyə məlumatda bildirilib.

Qeyd olunub ki, danışıqların əvvəlində Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu vəzifəyə təyin olunması münasibətilə təbrik edib, həmçinin təhlükəsizlik şuraları, hüquq-mühafizə orqanları və hüquq-mühafizə orqanlarının aparatları vasitəsilə Rusiya ilə Azərbaycan arasında sıx əlaqələrin davam etdiriləcəyinə əminliyini vurğulayıb.

"Patruşev iki ölkə arasında iqtisadi və humanitar sahədə əməkdaşlığın yüksəkı tempini qeyd edib. Rusiya-Azərbaycan sərhəddində birgə infrastruktur layihələrinin həyata keçirilməsinin və hərbi-texniki əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb”.

Danışıqlarda, həmçinin terrorizm və ekstremizmə qarşı mübarizə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlığa xüsusi diqqət yetirilib.

Açar sözlər:

Oxunub: 543