Metroda cibgirlik edən şəxs tutulub
14:08 04 Sentyabr 2019
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində ictimai nəqliyyatda və insanların sıx olduğu yerlərdə oğurluq edən şəxs müəyən olunaraq tutulub.
Femida.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini H.Musayev “28 May” stansiyasında cibində olan 188 manat pulunun oğurlandığını bildirib.
Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılb, qısa müddətdə bu cinayət əməlini törədən şəxs müəyyən olunub.
“İsti izlər”lə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunan Xırdalan şəhər sakini N.Heydərov metronun “Koroğlu” stansiyasında tutulub. Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 395
Oxşar xəbərlər
- Metroda küt alətlə insanları hədələyən şəxs saxlanılıb
- Metrodakı yoxlanışlar nədən xəbər verir?
- Metroda qatarın hərəkəti ləngiyib
- Metroda "Sizinlə qürür duyuruq" layihəsi davam edir - FOTOLAR
- Metroda qatarların hərəkəti bərpa olunub
- Metroda daha bir koronavirus xəstəsi saxlanılıb
- Metroda aktiv koronavirus xəstəsi saxlanılıb
- Metroda qatarların hərəkəti ləngiyib
- Metroda problem yarandı
- Prokurorluq: Metrodakı insidentlə bağlı istintaq başa çatıb