Bu küçələrdə rənglənmə işləri aparılacaq


14:37     04 Sentyabr 2019

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə axşam saat 22:00-danbaşlayaraq səhər saatlarınadək Səbail rayonu, Əziz Əliyev küçəsində və Yasamal rayonu, Əsəd Əhmədov küçəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Bu barədə Femida.az-a "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən məlumat verilib.

Bu üzdən sürücülərdən sözügedən küçələrdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Femida.az

Açar sözlər:

Oxunub: 328