Bakıda yanğında bir ailənin 3 üzvü xəsarət alıb


14:44     04 Sentyabr 2019 xestexana_01254.jpg

Bakının Səbail rayonunda yaşayış binasında baş verən yanğın zamanı həmin binada yaşayan Sabir Xubanov öz avtomobili ilə oğlu Anar Xubanovu 5 saylı xəstəxananın yanıq şöbəsinə gətirib.


Səhiyyə Nazirliyindən Femida.az -a verilən məlumata görə, hər ikisinin xəsarətləri yüngül olduğundan ilkin yardımdan sonra ambulator müalicəyə buraxılıblar. Bu gün Sabir Xubanovun həyat yoldaşı Zibeydə Xubanova 5 saylı xəstəxanaya müraciət edib.

Xəstəxanadan verilən məlumata görə Zibeydə Xubanova palataya yerləşdirilib, müalicəsi davam edir. Xubanovlar xəstəxanaya özləri müraciət etdiklərindən Təcili Tibbi Yardım briqadasının məlumatında adları qeyd edilməyib.

Femida.az

Açar sözlər:

Oxunub: 306