Evdən pul oğurlayıb özünə maşın aldı - FOTO


14:47     04 Sentyabr 2019 2019/09/masin3_3135188342.jpg

Səbaildə oğurladığı pulla özünə avtomobil alan şəxsi polislər saxlayıb.



Femida.az DİN-ə istinadən xəbər verir ki, Səbail rayonu Badamdar qəsəbəsində yaşayan M.Yüzbirovun evindən oğurluq edilib. Zərərçəkən evdə olmadığı müddətdə mənzildən 12 500 ABŞ dolları pulun oğurlandığını bildirib. Səbail RPİ-nin Cinayət Axtarış Şöbəsi ənməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Şirvan şəhər sakini Mübariz Zülfüqarov tutularaq istintaqa təqdim edilib. O. ifadəsində törətdiyi oğurluq hadisəsini etiraf edib. Araşdırma zamanı müəyyən edilib ki, M.Zülfüqarov mənzildən oğurluq edəndən sonra həmin pulla özünə yeni avtomobil alıb.

Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq əməliyyat tədbirləri davam etdirilir.



Femida.az

Açar sözlər:

Oxunub: 573