Rusiya XİN Paşinyanın bəyanatına münasibət bildirib
14:50 04 Sentyabr 2019
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanın Baş naziri Nikol Paşinyanın "Dağlıq Qarabağ Ermənistan ərazisidir" bəyanatına münasibət bildirib.
Femida.az-ın verdiyi məlumata görə, Rusiya XİN sözçüsü bu gün keçirdiyi brifinqdə müxtəlif zamanlarda hər iki tərəfdən bu cür bəyanatlar səsləndiyini vurğulayıb.
M. Zaxarova Paşinyanın məlum bəyanatını daxili ritorika adlandırıb: "Hesab edirik ki, siyasi hərəkatda özünü əks etdirən daxili ritorika mövcuddur. Münaqişə tərəflərinin bəyanatlarına sülh yolu ilə nizamlanma istiqamətində aparılan ümumi səylər çərçivəsində baxılmalıdır. Təəssüflər olsun ki, biz bu cür bəyanatları müxtəlif səviyyələrdə tərəflərdən eşidirik. Çox istərdik ki, bütün tərəflər sülh nizamlanması yolunda tezliklə nailiyyət əldə etməyə səy göstərsinlər. Bu, çox çətin, uzun çəkən prosesdir. Fikrimcə, bu istiqamətdə daha tez irəliyə getmək üçün ümumi anlayış var. Bəyanatlar da buna uyğun olmalı, əsas məqsədə çatmağa yardım etməlidir".
Femida.az
Oxunub: 439
Oxşar xəbərlər
- Rusiya Ukraynanın Zaporojye şəhərini raket atəşinə tutub
- Rusiya səfiri Finlandiya XİN-ə çağırılıb
- Rusiyada hərbi komissarlığa silahlı hücum olub, hərbi komissar ölüb
- Rusiyada qismən səfərbərlik elan olunub
- Rusiya və Ermənistan müdafiə nazirləri arasında telefon danışığı olub
- Rusiya böyük itkilər verdi
- Rusiya Ukraynada sərnişin qatarına zərbə endirib, 22 nəfər ölüb, yaralananlar var
- Rusiyada son 5 ayın rekord yoluxma halı qeydə alınıb
- Rusiya “azov”çu əsirlərin saxlanıldığı həbsxananı vurub, 53 nəfər ölüb
- Rusiya Finlandiyaya xəbərdarlıq edib