Hindistan Rusiyadan 14,5 milyard dollarlıq silah və hərbi texnika alacaq


15:19     04 Sentyabr 2019 19_09_04_1567596028.jpg

Hindistan Rusiyadan 14,5 milyard dollar dəyərində silah və hərbi texnika alacaq.

Femida.az -ın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin direktoru Dmitri Şuqayev bildirib.

O deyib ki, Hindistan və Rusiya arasında 14,5 milyard dollar dəyərində Rusiyadan silahların və hərbi texnikaların tədarükünü nəzərdə tutan müqavilə imzalanıb.

"Bu, çox əhəmiyyətli rəqəmdir və həqiqətən irəliləyişdir", - deyə D.Şuqayev qeyd edib.

Açar sözlər:

Oxunub: 489