Xəstələrin dərmanını oğurlayıb içən tibb bacısı kameraya düşdü (VİDEO)


15:42     04 Sentyabr 2019 19_09_04_1567596375.jpg

İngiltərədə uşaqlar üçün xəstəxanada dəhşətli görüntü ortaya çıxıb.


Femida.az xarici mətbuata istinadən xəbər verir ki, dərman deposundan gizli çəkilən video sosial şəbəkələrdə yayılıb. Videodan məlum olur ki,xəstəxana işçisi uşaqlar üçün nəzərdə tutulmuş kəskin ağrıkəsici dərmanların içərisini dəyişdirərək oraya su yerləşdirir. Tibb bacısı kəskin ağrıkəsici dərmanları içdikdən sonra yerinə su doldurur. Xəstəxanada müalicə alan uşaqların yaxınları dərmanların keyfiyyətsizliyindən şübhələndikdən sonra polisə şikayət edib.Polisin araşdırmasından sonra dəhşətli hadisə ortaya çıxıb. Artıq bu hərəkəti edən 32 yaşlı tibb bacısı Hove həbs olunub. O, ilkin ifadəsində bir il ərzində gündə 50 millilitrə qədər ağrıkəsici oğurladığını və yerinə su doldurduğunu etiraf edib.

Hadisənin baş vermə görüntülərini təqdim edirik:




Açar sözlər:

Oxunub: 936


Oxşar xəbərlər