Milli Məclisin iki deputatı İsveçrəyə gedir
16:37 04 Sentyabr 2019
Milli Məclisin deputatları – ATƏT Parlament Assambleyasının vitse-prezidenti, ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun sədri Azay Quliyev və ölkəmizin ATƏT PA-dakı nümayəndə heyətinin üzvü Tahir Mirkişili sentyabrın 5-də İsveçrəyə səfər edəcək.
Milli Məclisin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, deputatlar ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun Andermat şəhərində keçiriləcək “Bir kəmər, bir yol təşəbbüsü: davamlı inkişaf məqsədlərinin aparıcı qüvvəsi kimi” adlı beynəlxalq konfransına qatılacaq.
Tədbirdə Azay Quliyev “Qrupumuz ATƏT dəyərlərinin aparıcı qüvvəsi olaraq” mövzusunda giriş sözü ilə çıxış edəcək. Deputat Tahir Mirkişilinin “Davamlı maliyyələşdirmə və risklərin azaldılması” adlı məruzəsi dinləniləcək.
Konfransda “Uğura aparan yol – dayanıqlı infrastruktur”, “Yaxşı idarəetmə, şəffaflıq və korrupsiyaya qarşı mübarizə”, “Gələcəyin qurulması” mövzularında müzakirələr aparılacaq.
Femida.az
Oxunub: 385
Oxşar xəbərlər
- Milli Müdafiə Universitetinin rektoru vəzifəsini icra edən şəxs məlum olub
- Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası başlayıb
- Milli Məclisin komitə sədri Ermənistan parlamentinin rəhbəri ilə görüşüb
- Milli Məclisin sədri Misirə səfər edəcək
- Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
- Milli Məclis qumar oyunlarına görə cərimələri I oxunuşda qəbul edib
- Milli Məclis sədrinə yeni köməkçi təyin edilib
- Milli Məclisin komitələri "Media haqqında" yeni qanun layihəsini ikinci oxunuşda müzakirə edir
- Milli Məclisin iclası başlayıb
- Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb