Göygöldə 30 uşaq günərzi xidmətlərlə əhatə olunub
18:08 04 Sentyabr 2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sifarişi ilə “Üfüq” Xeyriyyə Cəmiyyəti İctimai Birliyi tərəfindən Göygöl rayonunda yaradılan Uşaq günərzi qayğı mərkəzinə 30 uşaq cəlb edilib.
Nazirlikdən Femida.azAzvision.az -a verilən məlumata görə, günərzi qayğı mərkəzində aztəminatlı, tək valideynli, ünvanlı sosial yardım alan, şəhid ailələrindən olan uşaqlara gündəlik inkişaf xidmətlərinin göstərilməsi, psixoloji dəstəyin və məsləhətlərin verilməsi, uşaqlar üçün hüquqi müvəkkilliyin təmin edilməsi, uşaqların maraq və qabiliyyətləri nəzərə alınaraq müxtəlif dərnəklər vasitəsilə özünəxidmət bacarıqlarının artırılması və təxəyyülün inkişaf etdirilməsi, mərkəzə cəlb edilən uşaqların vaxtının səmərəli təşkili məqsədi ilə müxtəlif tədbirlər həyata keçirilir.
Eyni zamanda uşaqların mərkəzə gətirilib aparılması məqsədi ilə nəqliyyat da ayrılıb.
Femida.az
Oxunub: 422
Oxşar xəbərlər
- Göygöldə itkin düşən məktəbli tapılıb
- Göygöldə yol qəzasında ölənlərin sayı 5-ə çatıb
- Göygöldə avtomobil qəzası olub, ölən var
- Göygöldə və Yevlaxda qətl törətdən müəllimin məhkəməsi başlayır
- Göygöldə iki yük avtomobili toqquşub, Türkiyə vətəndaşı ölüb
- Göygöldə minik maşını aşıb, sərnişin ölüb
- Göygöldə avtomobil piyadanı vuraraq öldürüb
- Göygöldə oğurluq edən şəxslər saxlanılıb
- Göygöldə evdən oğurluq edən keçmiş məhkumlar saxlanılıb
- Göygöldə avtomobillərinə konstruksiya dəyişikliyi edən sürücülər saxlanılıb