Elmar Məmmədyarov Bağdad Amreyevi qəbul edib
17:50 04 Sentyabr 2019
Xarici İşlər nazir Elmar Məmmədyarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Xarici İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, nazir Azərbaycanın Türk Şurasının banilərindən biri olduğunu vurğulayaraq hazırda da bu qurumun digər beynəlxalq təşkilatlarla əməkdaşlığının genişləndirilməsi üçün əməli dəstəyin davam etdirildiyini bildirib.
O, rəsmi Bakının Türk Şurasının fəaliyyətinə önəmli töhfə verdiyini qeyd edərək cari ilin oktyabr ayında Bakıda baş tutacaq Türk Şurası Zirvə toplantısının keçirilməsi ilə əlaqədar müvafiq hazırlıq tədbirlərinin görüldüyünü vurğulayıb.
Öz tərəfindən Bağdad Amreyev Azərbaycanın Türk Şurasının daha da inkişaf etdirilməsi istiqamətində səylərini yüksək dəyərləndirdiyini diqqətə çatdırıb.
Görüşdə tərəflər Türk Şurasının qarşıdan gələn Bakı zirvə görüşünə hazırlıq məsələləri ilə bağlı ətraflı müzakirələr aparıb.
Görüşün sonunda E.Məmmədyarov B.Amreyevə, habelə onun müavinləri Qismət Gözəlov və Ömer Kocamana “Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi” ilə əlaqədar yubiley medallarını təqdim edib.
Femida.az
Oxunub: 348
Oxşar xəbərlər
- Elmar Vəliyevə qarşı sui-qəsddə ittiham edilən şəxs bəraət aldı
- Elmar Vəliyevlə bağlı ekspertiza rəyi açıqlandı
- Elmar Məmmədyarovun anası rəhmətə gedib
- Elmar Məmmədyarovla Sergey Lavrov arasında telefon danışığı olub
- Elmar Məmmədyarov DTX-yə müraciət etdi
- Elmar Məmmədyarov Aİ rəsmisi ilə görüşəcək
- Elmar Məmmədyarov avstriyalı nazirlə görüşüb
- Elmar Məmmədyarov Polşanın yeni səfiri ilə görüşüb
- Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanın növbəti görüşü başladı
- Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb