Azərbaycan Şərq İqtisadi Forumunda iştirak edir


18:54     04 Sentyabr 2019 2019/02/kreslo-efv-komisyiyasi-yoxlama_1551342382.jpg

Sentyabrın 4-dən 6-dək Vladivostokda növbəti dəfə Şərq İqtisadi Forumu (WEF) keçirilir.



Femida.az-ın təşkilatçılara istinadən verdiyi məlumata görə, Rusiyada keçirilən foruma Azərbaycan da daxil olmaqla, dünyanın 60-dan çox ölkəsindən nümayəndə qatılacaq.

Qeyd edək ki, ötən il WEF-in işində 6 mindən çox iştirakçı və 100-dən çox media nümayəndəsi iştirak etmişdi. Qonaqların əsas hissəsi Asiya-Sakit Okean bölgəsinin sakinləri olub.

Getdikcə beynəlxalq əhəmiyyətini artıran Şərq İqtisadi Forumu səmərəliliyin davamlı artımını nümayiş etdirir. Ümumilikdə, təşkilatçılar Forumda ən azı 3 trilyon rubl dəyərində 200-dən çox müqavilənin imzalanmasını gözləyirlər.

2015-ci ildə qurulan beynəlxalq Forum bu il beşinci ildönümünü qeyd edir.

Femida.az

Açar sözlər:

Oxunub: 380