Anasını öldürüb meyitini yandıran şəxsin cinayət işi məhkəməyə göndərilib


19:10     04 Sentyabr 2019 19_09_04_1567609864.jpg

Bakıda anasını qətlə yetirməkdə təqsirləndirilən Tahir Bağırovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Femida.az -ln məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Fikrət Qəribovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı açıqlanmayıb.

Qeyd edək ki, hadisə bu il Sabunçu rayonu Nardaran qəsəbəsi, Bağ massivi, ev 242-də baş verib. Həmin mənzildə yaşayan Bağırov Tahir Cəfər oğlu yaşadığı evdə anası, 1942-ci il təvəllüdlü Bağırova Rübabə Cəbrayıl qızı ilə şəxsi münasibətlər zəminində mübahisə edib.

Mübahisə nəticəsində T.Bağırov anasını boğaraq öldürüb. Qadının öldüyünə əmin olan oğul anasının meyitinin üzərinə ağ neft tökərək yandırıb.

Açar sözlər:

Oxunub: 566