“Azəriqaz” iş qrafikində dəyişiklik edib

“Azəriqaz” iş qrafikində dəyişiklik edib


19:13     04 Sentyabr 2019 19_09_04_1567610038.jpg

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi sabahdan əlavə işçilər ayırır.
Bu barədə Femida.az -a “Azəriqaz”dan məlumat verilib.

Bildirilib ki, bu gün 2 saylı “ASAN Kommunal” mərkəzində smart kart tipli sayğacların kartlarının verilməsi prosesində növbələrin yarandığını nəzərə alaraq, sabahdan etibarən Bakı Regional Qazın Satışı Departamentinin Babək prospekti 22/24 ünvanında (Volkswagen Bakı Mərkəzinin yanı) müştəri xidmətlərinin göstərilməsi üçün əlavə işçilər ayrılacaq:

“Onlar həftənin 7 günü fəaliyyət göstərəcəklər. Bundan başqa, Sabunçu, Maştağa, Mərdəkan və Xırdalan xidmət sahələrində də xidmət əvvəlki qaydada davam etdiriləcək”.

Açar sözlər:

Oxunub: 168