Həbib 6 milyon dollarlıq döyüşə çıxır


20:11     04 Sentyabr 2019 19_09_04_1567611094.jpg

UFC çempionu, dağıstanlı döyüşçü Həbib Nurməhəmmədov amerikalı Dastin Porye ilə görüşə görə 6 milyon dollardan çox pul qazanacaq.
Femida.az TASS-a istinadən xəbər verir ki, bu barədə idmançının atası Əbdülmanap Nurməhəmmədov məlumat verib.

“Biz ən yaxşıları məğlub etmişik və ən yaxşılarla yenə döyüşməyə hazırıq. Zala daxil olanda görəcəksiniz Həbibin necə qarşılayırlar”, - deyə çempionun atası bildirib.

Xatırladaq ki, Həbib Nurməhəmmədov və Dastin Porye arasında döyüş sentyabrın 7-də Əbu-Dabi şəhərində baş tutacaq.

Açar sözlər:

Oxunub: 690