Qaxda 3 otaqlı fərdi yaşayış evi yanıb


21:51     04 Sentyabr 2019 yangin_38673636.jpg

Qax rayonunun Tasmalı kəndində ümumi sahəsi 165 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb.

FHN-dən Femida.az-a verilən məlumata görə, yaxınlıqdakı tövlə yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Femida.az

Açar sözlər:

Oxunub: 464