Goranboyda qəza, yaralılar var


08:52     05 Sentyabr 2019 qeza_yeni.jpg

Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Muzdurlar kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1992-ci il təvəllüdlü rayon sakini Məmmədov Səttərbəy Qabil oğlunun idarə etdiyi minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı beton maneyə çırpılıb. Qəza nəticəsində o və maşındakı 1969-cu il təvəllüdlü sərnişin Əliyeva Şərqiyə Kərim qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. APA

Femida.az

Açar sözlər:

Oxunub: 301