Bakının bu qəsəbələrində qaz olmayacaq


09:32     05 Sentyabr 2019 qaz7.jpg

Bakının Sabunçu və Xəzər rayonlarında qazın verilişində məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-dən Femida.az-a verilən məlumata görə, sentyabrın 5-də səhər saat 10:00-dan etibarən orta təzyiqli qaz kəmərinin hava kompressoru vasitəsilə kipliyə sınaq olunması məqsədilə Sabunçu rayonu, Sabunçu qəsəbəsində bir qrup abonentin qaz təchizatı dayandırılacaq.

Bundan başqa ölçü cihazlarının metroloji göstəricilərinin təftiş olunması ilə bağlı Xəzər rayonunun Şağan, Şüvəlan və Qala qəsəbələrində qazın verilişində qısamüddətli fasilələr yaranacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 375