Əfqanıstanda partlayış: 8 nəfər ölüb, 30 nəfər yaralanıb


12:12     05 Sentyabr 2019 19_09_05_1567670890.jpg

Bu gün Əfqanıstanın paytaxtı Kabil şəhərinin Şaş Darak rayonunda avtomobil partladılıb.



Femida.az -ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, partlayış zamanı 30 nəfər yaralanıb, 8 nəfər ölüb.

Baş vermiş terror aktına görə, məsuliyyəti “Taliban” hərəkatı öz üzərinə götürüb.

Partlayış nəticəsində 12 nəqliyyat vasitəsinə zərər dəyib.

Qeyd edək ki, NATO-nun Əfqanıstandakı mənzil-qərargahı, ABŞ səfirliyi, hökumət binaları və Müdafiə Nazirliyi Şaş Darak rayonunda yerləşir.



Açar sözlər:

Oxunub: 772