Biləsuvarda ödəmə terminallarından oğurluq olub


13:04     05 Sentyabr 2019 terminal_million_03041411.jpg

Biləsuvar rayonunda mağazalardan oğurluq edilib.


Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 340 manat, orada quraşdırılmış ödəmə terminalından isə 3616 manat pul, digər mağazada quraşdırılan ödəmə terminalından isə 391 manat pul oğurlamaqda şübhəli bilinən Lerik rayon sakinləri T.Dadaşov və S.Azadov tutulub.

Femida.az

Açar sözlər: #Mağaza  

Oxunub: 417