Çay evində qətl törədən şəxs polisə təslim oldu


13:13     05 Sentyabr 2019 1405689430_1391632478_cenubnews-hebs-yeni1.jpg

Sentyabrın 3-də Binəqədi rayonu ərazisindəki kafelərin birindən Saatlı rayon sakini Əflan İsgəndərovun bıçaq xəsarəti ilə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə məlumat daxil olub. Dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.



Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, aparılmış istintaq, əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Daşkəsən rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş T.İsmayılov könüllü olaraq Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinə gələrək istintaqa təslim olub

Femida.az

Açar sözlər:

Oxunub: 549