Ağdamda 2 nəfər zəhərləndi


14:47     05 Sentyabr 2019 zeherlenme.png

Ağdamda 2 nəfər qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.



Femida.az-ın xəbərinə görə, hadisə rayonun Baharlı qəsəbəsində baş verib. Qəsəbə sakinləri - 1987-ci il təvəllüdlü Tahir Abdullayev və 2009-cu il təvəllüdlü Camal Qasımovun nahar etdikdən sonra səhhətləri pisləşib. Hadisə yerinə təcili tibbi yardım çağırılıb. T.Abdullayev və C.Qasımov Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Yaxınlarının verdiyi məlumata görə, dükandan alınan yumurtanı yedikdən sonra T.Abdullayev və C.Qasımovun səhhəti pisləşib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 889