Narkotik alverçisi 1,8 kq heroinlə tutulub


14:56     05 Sentyabr 2019 cinayet%20tutul%20azadliq%20ogur.jpg

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən şəxs tutulub.


Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini Ş.Əliyev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 1,8 kiloqramdan artıq çəkidə heroin aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 333