Qızıl Xaç Komitəsi Dilqəm Əsgərov və Şahbaz Quliyevə avqust ayında baş çəkməyib
16:33 05 Sentyabr 2019
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə avqust ayında baş çəkməyib.
Femida.az xəbər verir ki, bu barədə BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumatda bildirlir ki, qurumun nümayəndələri saxlanılan şəxslərə sonuncu dəfə iyul ayında baş çəkiblər.
Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində qanunsuz "məhkəmə" qurulub. "Məhkəmə"nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.
Oxunub: 686
Oxşar xəbərlər
- Qızılağac Milli Parkının ərazisində qanunsuz ov edən şəxs saxlanılıb
- Qızılağac Dövlət Təbiət Qoruğunda baş verən yanğın söndürülüb
- Qızılağac Milli Parkında yanğın başlayıb
- Qızıl və gümüş nişanla təltif olunan məktəb məzunlarının adları açıqlandı - SİYAHI
- Qızıl Aypara Cəmiyyətinin vəzifəli şəxslərinə cinayət işi açıldı
- Qızıl Aypara Cəmiyyətinin Bərdə Bölməsində araşdırmalara başlandı
- Qızıl və gümüş satışından 186,5 milyon gəlir əldə edilib
- Qızılağac Dövlət Təbiət Qoruğunda yanğının qarşısı alınıb
- Qızılağac Milli Parkında yanğın başlayıb
- Qızıl-zinət əşyaları oğurlayan şəxs tutulub