Vergilər Nazirliyində yüksək vəzifəyə - TƏYİNAT


16:55     05 Sentyabr 2019 19_09_05_1567686273.jpg

Vergilər Nazirliyinin Maliyyə Monitorinqi Xidmətinə direktor vəzifəsinə təyinat olub.

Femida.az Oxu.Az -a istinadən xəbər verir ki, sözügedən posta Rövşən Nəcəf təyin edilib.

Xatırladaq ki, Rövşən Çingiz oğlu Nəcəf 1982-ci ildə Salyan rayonunda anadan olub. 2018-ci ilə qədər "Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru olub.

Təyinatdan əvvəl isə o, ölkə başçısının sərəncamına əsasən, ötən ilin may ayından Prezident Administrasiyasının İnnovativ İnkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri vəzifəsində çalışıb.

Açar sözlər:

Oxunub: 709