Azərbaycana qida məhsulları idxal edən şirkət 17 min avro cərimələnib


17:15     05 Sentyabr 2019 pull.jpg

Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası "Food Fruit Vegetables" MMC-nin barəsində inzibati xəta haqqında protokol tərtib edib.

Femida.az -ın xəbərinə görə, Palata tərtib etdiyi protokolu baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərib.

Məhkəmə şirkəti İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsi ilə təqsirli bilərək 85 min avro valyuta vəsaiti məbləğinin iyirmi faizi məbləğində, yəni 17010 avro məbləğində cərimələnməsi barədə qərar çıxarıb.

Qərardan narazı qalan MMC-nin direktoru R.Ə.Seyidməmmədov apellyasiya şikayəti verib. Şikayətə Sumqayıt Apellyasiya Məhkəməsində baxılıb və təmin edilməyib.

Qeyd edək ki, "Food Fruit Vegetables" qida, meyvə və tərəvəz məhsullarının idxalı ilə məşğul olan şirkətdir.

Açar sözlər:

Oxunub: 450