Qusarda maşın ağaca çırpıldı: Ölən və yaralılar var


17:31     05 Sentyabr 2019 avtomobil%20qezasi%20(11).jpg

Qusar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Femida.az -a verilən məlumata görə, sentyabrın 4-də saat 9 radələrində Qusar rayonunun Bədirqala kəndi ərazisində rayon sakini Z.Cəbrayılov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı ağaca vurub.

Nəticədə sürücü və 4 sərnişini xəstəxanaya yerləşdirilən, onlardan Nina Qurbanova ölüb.
Qusar RPŞ tərəfindən araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 565