Avtoyuma məntəqəsindən maşın qaçırılıb


17:38     05 Sentyabr 2019 19_09_05_1567688582.jpg

Sentyabrın 4-də Kürdəmir RPŞ-yə müraciət edən Xırdapay kənd sakini F.Kərimov həmin gün saat 9 radələrində şəhər ərazisində yerləşən avtoyuma məntəqəsindən “Hyundai” markalı avtomobilinin qaçırılmasını bildirib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Femida.az -a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılmışdır. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən həmin avtoyuma məntəqəsinin işçisi A.Abdullayev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən avtomobillə birgə saxlanılıb.

Araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 449