Kafedə avtomatla iki nəfəri güllələyən şəxsə hökm oxunub
17:43 05 Sentyabr 2019
Bakı Ağır Cinayətlər Məhkəməsində kafedə qətl törətməkdə təqsirləndirilən Hikmət Abbasquliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Femida.az xəbərinə görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək, Hikmət Abbasquliyevin 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmə müşavirədən sonra hökmü elan edib. Hökmə əsasən, H.Abbasquliyev 17 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ötən il avqustun 9-da Sabunçu rayonunun Ramana qəsəbəsində yerləşən kafelərdən birində baş verib.
Naməlum şəxs odlu silahdan atəş açaraq Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Namiq Allahverdiyevə və Elxan Kərimova xəsarət yetirib. Nəticədə N.Allahverdiyev ölüb, E.Kərimov isə xəstəxanaya yerləşdirilib.
Polis və prokurorluq orqanlarının əməkdaşları qətli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş H.Abbasquliyevi saxlayıb.
H.Abbasquliyevdən 1 ədəd nömrəsi silinmiş AKMS markalı silah, 17 ədəd patron və 1 ədəd patron darağı maddi sübut kimi götürülüb.
Ona qasdən adam öldürmə və qanunsuz silah saxlama maddələri ilə ittiham verilib.
Oxunub: 524
Oxşar xəbərlər
- Kafedə qadını öldürən şəxsin istintaqı başa çatıb
- Kafedə kişini öldürən şəxs məcbur qalıb polisə təslim oldu
- Kafedə oğurluq edən Qobustan sakini tutulub
- Kafedən oğurluq edən qadın saxlanıldı
- Kafedə içib tüfənglə atəş açdı, polislə əlbəyaxa oldu - Azərbaycanda
- Kafedəki atışmayla bağlı rəsmi - Açıqlama
- Kafedə müştərini döyüb pul kisəsini apardı
- Kafedə musiqi üstə adam öldürənlərin məhkəməsi başladı
- Kafedə işləyən qadın namusunu qorumaq üçün bıçağa əl atdı
- Kafedə araq şüşəsi ilə adam öldürənin cəzası 11 il oldu