Tbilisidə 62 yaşlı qadın başından güllələnərək öldürülüb


17:57     05 Sentyabr 2019 19_09_05_1567688788.jpg

Tbilisinin Temka rayonunda 62 yaşlı qadın odlu silahla başından vurularaq öldürülüb.

APA-nın yerli bürosu xəbər verir ki, qətl bu gün günorta saatlarında baş verib. Öldürülən qadının Sima Mirzəyeva olduğu bildirilib.

Qadının cəsədi yanğınsöndürənlər tərəfindən aşkar edilib. Belə ki, hadisənin baş verdiyi evdə tüstülənmə müşahidə olunub. Əraziyə çağırılan yanğınsöndürənlər evə daxil olarkən qadının öldürülmüş cəsədini aşkar ediblər.

Mərhumun qohumları qətlin qisas məqsədi ilə törədildiyini iddia edir. Digər versiyada isə qətlin soyğunçuluq niyyəti ilə törədildiyi və evdən qızıl oğurlandığı bildirilir.

Açar sözlər:

Oxunub: 426